Nobel mükafatının ilk sahibinin adı bilindi

Nobel mükafatının ilk sahibinin adı bilindi

2 Oktyabr 2017 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Fiziologiya və tibb üzrə Nobel mükafatını amerikalı alimlər alıb.

Kult.az xəbər verir ki, bu barədə informasiya Nobel Komitəsinin saytında yer alıb. Komitə mükafatı amerikalı alimlər Cefri Holl, Maykl Rozbaş və Maykl Yanqa verib. Onlar mükafatı orqanizmin sirkadiyalı ritmlərini tənzimləyən molekulyar mexanizmləri tədqiq etdiklərinə görə alıblar.

Qeyd edək ki, bu gün Nobel həftəsi başlayıb. Həftə ərzində Nobel mükafatlarının sahiblərinin adları bilinəcək.