Avropanın “TEMPUS” proqramı BDU-da II layihəsini reallaşdırmağa hazırlaşır

Avropanın “TEMPUS” proqramı BDU-da II layihəsini reallaşdırmağa hazırlaşır

15 Aprel 2011 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Avropanın "TEMPUS" proqramı çərçivəsində Bakı Dövlət Universiteti və İngiltərənin Westminster Universiteti arasında magistr pilləsi üzrə distant təhsilin reallaşmasına hazırlıq məqsədilə layihə təşkilatçılarının 19-20 aprel tarixlərində BDU-ya səfərləri gözlənilir.

On bir nəfərlik nümayəndə heyətinin layihə koordinatoru İngiltərənin Westminster Universitetindən Nino Porakişvili, üzvlər isə bunlardır:

Westminster Universitetindən: Peter Lidirad, Keis Redvey, Peter Delves, Federika Oradini, Fransanın Breatgne Occidentale Universitetindən Jan Pyer Pennek, İtaliyanın L'Aqulia Universitetindən Covani De Qasperis, Guido Makçiarelli, Gürcüstanın Tiflis Dövlət Universitetindən isə Nina Kulikova, Marina Tevzadze və Paata Tsaqareişvili.

Westminster Universiteti artıq layihənin reallaşması ilə bağlı şərtlərini açıqlayıb. Ekspertlər həmin şərtlərin Azərbaycana uyğun olub-olmadığı ilə maraqlanacaq və rəsmi görüşlər keçirəcəklər.

Qeyd edək ki, Avropanın "TEMPUS" proqramının Biologiya fakültəsində I layihəsi İmmunologiya laboratoriyanın yaradılması olub.

"Çox oxuyan çox bilməz, çox gəzən çox bilər" deyib atalarımız. Layihə onda səmərə verər ki, bizim tələbələr də nümayəndə heyəti tərkibində əcnəbi universitetlərə səfər etsinlər.

Elvin Babayev

O.M.