"Baharın 17 anı"na can verən rejissor öldü

"Baharın 17 anı"na can verən rejissor öldü

30 Sentyabr 2011 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Baharın 17 anı" və "Plyuşixdə üç qovaq ağacı" kimi əfsanəvi filmlərin yaradıcısı Tatyana Lioznova vəfat edib. Oxumeni.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, rejissor uzun sürən ağır xəstəlikdən sonra ömrünün 88-ci ilində Moskvada dünyasını dəyişib. SSRİ xalq artisti, əməkdar incəsənət xadimi Tatyana Mixaylovna son zamanlar yataq xəstəsi idi. Hələ mart ayında onun ayaqları kəsilmişdi. Rejissor neçə il öncə keçirdiyi insultdan sonra özünə gələ bilmədi. Xatırladaq ki, Tatyana Lioznova 20 iyul 1924-cü ildə Moskvada dünyaya gəlib. 1949-cu ildə Ali Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Müəyyən dövrlərdə təhsil aldığı ali məktəbdə dərs deyib. Tatyana Mixaylovna son 20 ildə kino çəkmirdi.

Allah rəhmət eləsin.

Günel Həbib

O.M.