Brazilyada hava güllə kimi ağırdır

Brazilyada hava güllə kimi ağırdır

27 Sentyabr 2011 14:41
Bəyəndim (0) Bəyənmədim (0)
Rok festivalı artıq bağlandı

Karnavallar və sambo ölkəsi olan Braziliya 3 gündür ki, rok musiqisi ilə yırğalanır. Rio de Janeyro şəhərindəki "Rio-da Rock" festivalının son axşamında metal musiqinin nəhəngləri 100 mindən artıq seyirçinin ayağını sanki yerdən üzdü. Braziliyalı qrup "Sepultura"dan sonra sıra fərqli maska və geyimləri olan "Slipknot"a gəldi. Gecəni isə məşhur qrup "Metallica" bağladı. Xatırladaq ki, festivalın ilk iki günündə Keti Perri, Rihanna, Steviye Vonder, Red Hot Çili Peppers ve Qans N' Roses səhnə almışdılar.

Günel Həbib

O.M.