Türkiyə “Eurovision-2012” üçün təmsilçi seçimi elan edib

Türkiyə “Eurovision-2012” üçün təmsilçi seçimi elan edib

23 Sentyabr 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə "Eurovision-2012" mahnı müsabiqəsi üçün təmsilçi seçiminə başlayıb. Türkiyənin müsabiqə üzrə yayımçısı TRT gələn il müsabiqədə iştirak etmək istəyən təmsilçiləri seçimlərə dəvət edir. Məlumata görə, daha sonra tamaşaçılar milli televiziyanın rəsmi saytında keçiriləcək səsverməyə qoşulacaqlar. Ən çox səs toplayan təmsilçiyə milli yayımçı rəsmi olaraq müraciət göndərəcək və həmin təmsilçi ölkəni müsabiqədə təmsil edəcək.

Ötən il Almaniyada keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində Türkiyəni "Yüksək Sədaqət" qrupu "Live it up" mahnısı ilə təmsil edib, amma finala vəsiqə qazanmayıb.

Biz də öz növbəmizdə qardaş ölkəyə uğurlar arzu edirik.

Fərid Qurbanov

O.M.