“Eurovision” qalibi prezidentliyə namizədliyini verib

“Eurovision” qalibi prezidentliyə namizədliyini verib

21 Sentyabr 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

1970-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edən və qələbə qazanan Dana Rosemary Scallon prezidentliyə namizədliyini verib. Həmin ildə "All kinds of everything" mahnısı ilə qalibiyyəti əldə edən Dana 1990-cı ildə siyasətə gəlib. O, İrlandiyada keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb. Seçkilərdə topladığı səs faizinə görə 3-cü olan Dana sonradan siyasətdən vaz keçməyib və bu yolu davam etdirib. Müsabiqə birincisi 1999-cu ildə Avropa Parlamentinin üzvü olub.

"Eurovision" qalibi yenə də İrlandiya prezidentliyinə namizədliyini verib. Buna baxmayaraq, musiqi aləmindən də getməyib. 2006-cı ildə öz səsyazma şirkətini yaradan Dana İrlandiyanın ən böyük şou proqramı - "İrlandiyanın istedadları" adlı TV layihəsində münsiflər heyətində təmsil olunub. Qeyd edək ki, İrlandiyada prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

Tofiq Əliyev

O.M.