17 il aradan sonra 3D formatı ilə qayıtdı

17 il aradan sonra 3D formatı ilə qayıtdı

20 Sentyabr 2011 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
"Aslan kral" qayıtdı, nə qayıtdı...

1994-cü ildə mavi ekranda görünər-görünməz zirvədə oturan "Aslan kral" ("The Lion King") animasiya filmi 17 il aradan sonra yenə pikdədir. "Disney"in ən populyar məhsullarından olan "Aslan kral" 3D formatı ilə həftə sonu Amerika kinoteatrlarında göründü. Və 29.3 milyon dollar gəlir gətirdi. O, 17 il öncə də 3 gündə 40 milyon dollar qazanmışdı. "Aslan kral" toplam 784 milyon dollar gəlir gətirən gəlmiş-keçmiş ən çox gəlir gətirən animasiya filmlərindən dördüncüsüdür.

Aslan heyvanların şahı olduğu kimi, "Aslan kral" da animasiya filmləri arasında birincilik etməyə çalışacaq

Günel Həbib

O.M.