"Emmi" mükafatının yeni sahibləri bəlli oldu

"Emmi" mükafatının yeni sahibləri bəlli oldu

19 Sentyabr 2011 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

2011-ci il "Emmi" mükafatının qalibləri müəyyən edilib. Los Ancelesdə keçirilən 63-cü təqdimat mərasimində ən yaxşı bədii serial, komediya serialı, televiziya filmi və ya miniserial, həmçinin bu filmlərdə ən yaxşı aktrisa və aktyor nominasiyaları üzrə mükafatlar təqdim olunub.

"Ağılsızlar" ən yaxşı bədii serial, "Müasir ailə" ən yaxşı komediya serialı, "Dauntaun abbatlığı" isə ən yaxşı miniserial mükafatına layiq görülüb.

"Yaxşı arvad" serialındakı roluna görə Culiana Marqulis bədii serialda ən yaxşı aktrisa, "Cümə Gecəsinin İşıqları" serialında çəkilən Kayl Çəndler isə bədii serialda ən yaxşı aktyor , "Mayk və Molli" serialındakı Melisa MakKarti komediya serialında ən yaxşı aktrisa, "Böyük partlayış fərziyəsi" serialındakı Cim Parsons isə komediya serialında ən yaxşı aktyor roluna görə mükafatlandırılıb.

Miniserialda ən yaxşı aktrisa isə "Mildred Pirs" televiziya filmində çəkilən Keyt Uinslet, ən yaxşı aktyor isə həmin filmdəki Qay Pirs hesab edilib.

Heç bir zəhmət yerdə qalmır.

Tofiq Əliyev

O.M.