Paytaxtda Fikrət Əmirovun abidəsinin açılışı olub

Paytaxtda Fikrət Əmirovun abidəsinin açılışı olub

19 Sentyabr 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin hündürlüyü 3,6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri aparılıb. Prezident abidənin üzərindəki örtüyü götürüb, önünə gül dəstəsi qoyub. Sonra Azərbaycan prezidenti musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, SSRİ-nin xalq artisti, "Sevil" operasının ilk ifaçısı Firəngiz Əhmədova və görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov dövlət başçısına Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Tofiq Əliyev

O.M.