Pavarottinin varisi öldü

Pavarottinin varisi öldü

7 Sentyabr 2011 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
Tenor komadan çıxmadı

Luçano Pavarottinin ölümündən sonra onun taxtında kimin oturacağı sual doğurmadı. Çünki hər kəs bilirdi ki, bu şərəfli vəzifənin öhdəsindən yalnız Salvador Likitra gələ bilər. Lakin Salvador Siciliyada uğradığı motosiklet qəzasından sonra xəstəxanada günlərdir ölümlə-qalım arasında mücadilə edirdi. Və əldə etdiyimiz məlumata görə, o, məğlub oldu.

43 yaşlı tenor kaska taxmadığı üçün sinəsindən və başından ağır yaralandı. Təəssüf ki, o, komadan çıxa bilmədi. Ailəsi onun orqanlarının bağışlanması üçün izn verdi.

Günel Həbib

O.M.