«Eurovision-2012» müsabiqəsi üçün binanın inşasına başlanılıb

«Eurovision-2012» müsabiqəsi üçün binanın inşasına başlanılıb

6 Sentyabr 2011 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın "Alpine Bau Deutschland AG" şirkəti "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün nəzərdə tutulan "Bakı Büllur Zalı"nın tikintisinə başlayıb. Milli Bayraq Meydanı yaxınlığında inşa olunan "Bakı Büllur Zalı" idman kompleksinin tutumu 25 min nəfər olacaq. "Alpine Bau Group"un törəmə qurumu olan "Alpine Bau Deutschland AG 2012"nin layihə üzrə tərəfdaşları "GMP International GmbH.", "SSF Ingenieure AG", İsveçrənin "Nüssli AG" və "Basler & Hofmann AG", Avstriyanın "GmbH & Co. KG" şirkətidir.

Qeyd edək ki, "Nüssli AG" şirkəti Almaniyada keçirilmiş "Eurovision-2011" Mahnı Müsabiqəsinin səhnəsini qurub. Bu işə həmçinin kameralar üçün platforma, şərhçi otaqları, işıqlandırma, səs və "Green Room" daxil olub.

"Alpine Bau Group" müasir idman obyektlərinin tikintisi üzrə ixtisaslaşıb. Bu sıraya Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilməkdə olan üç stadion, Münhendəki "Allianz Arena" stadionu, Avstriyada keçirilmiş Avropa çempionatı üçün inşa olunan üç futbol stadionunun genişləndirilməsi və yenidən qurulması işləri, eləcə də Dubaydakı kriket stadionu daxildir.

Ümid edirik ki, Bakı Avropanı sözün yaxşı mənasında təəccübləndirəcək.

Tofiq Əliyev

O.M.