Mollanəsrəddinçilər xatırlanıb

Mollanəsrəddinçilər xatırlanıb

14 Aprel 2011 11:59
892
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Cəlil Məmmədquluzadənin ev-muzeyində "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" mövzusunda ədəbi məclis keçirilmişdir. Tədbirdə Cəlil Məmmədquluzadənin tədqiqatçıları, yazıçı-publisistlər, jurnalistlər, karikaturaçı rəssamlar, İctimai-Siyasi universitetin və MİU-nin tələbələri, Bakı şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşları iştirak etmişlər.

Tədbirdə Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti, "Molla Nəsrəddin" jurnalının nəşri tarixi, mollanəsrəddinçi ədib, şair və rəssamlar haqqında çıxışlar dinlənilmişdir.

Azərbaycan Milli Dövlət Arxivinin direktoru Ataxan Paşayev "Milli Dövlət Arxivinin fondlarında Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərə aid materiallar haqqında", "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov "Molla Nəsrəddin" və müasirlərimiz", Karikaturaçı rəssam, "Kirpi" jurnalının rəssamı Hafis Nəsiroğlu "Mollanəsrəddinçi karikatura məktəbinin davamçıları", Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən "Dərnək" üzvləri (dərnəyin rəhbəri Xanım İsmayılova) Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərin əsərlərindən hazırladıqları kompozisiya ilə çıxış etmişlər.

Tədbir iştirakçıları muzeyin əsas fondlarının materiallarından hazırladıqları "Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin" səyyar sərgisi ilə tanış olublar.

Mövzunu Molla Nəsrəddinin və ya mirzə Cəlilin sözləri ilə bitirmək olardı. Amma ki...

Elvin Babayev

O.M.