Gəncə MDB-nin yeni mədəniyyət paytaxtı olacaq

Gəncə MDB-nin yeni mədəniyyət paytaxtı olacaq

15 Sentyabr 2016 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Gəncə şəhəri MDB-nin yeni mədəniyyət paytaxtı olacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB icra komitəsindən bildiriblər.

Bu barədə sabah MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında elan olunacaq.

"MDB-nin mədəniyyət şəhəri bir il müddətinə seçilir. İndi mədəniyyət şəhəri - Türkmənistanın Daşoğuz şəhəridir. Sabah elan olunacaq ki, Gəncə - yeni mədəniyyət şəhəri olacaq. Həmçinin bununla bağlı tədbirlər planı təsdiq olunacaq", - MDB icra komitəsindən bildiriblər.

Mediainfo.az