Mədəniyyət mərkəzinə yeni direktor təyin edildi

Mədəniyyət mərkəzinə yeni direktor təyin edildi

14 Sentyabr 2016 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Məmmədova Yeganə Qüdrət qızı və V.Mustafazadə adına mədəniyyət mərkəzinin direktoru vəzifəsinə İbrahimova Afət Tofiq qızı təyin olunublar.

Həmçinin, R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Nuriyeva Gülara Vahid qızı təyin edilib.

Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.

Mediainfo.az