"Üç badam, bir qoz"

"Üç badam, bir qoz"

9 Sentyabr 2016 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq neçə aydır ki, "Üç badam, bir qoz" filminin çəkilişləri davam edir. Adından da göründüyü kimi bu film komediya janrındadır. Ssenarisi Altun və Rəsula aid olan bu filmin rejissoru Rəfail Bağırov, rejissor köməkçisi isə Nicat Zeynalovdur. Gərgin iş prosesi ilə çəkilişləri davam edən film noyabr ayından etibarən tamaşaçıların ixtiyarına veriləcək. Filmdə əsasən gənc və bacarıqlı aktyorlardan-

Cəmillə Tağızadə, Nigar Babayeva, Mila Əminə, modelyer-aktrisa Sevinc, Sabir, Altun, Rəsul və digər gənc aktyorlar da yer almışdır. Filmdə əsas rollardan birinin ifaçısı gənc aktrisa Mila Əminə saytımıza verdiyi müsahibədə bunları demişdir:

" Mən bu filmdə çəkilən 4 qızdan biriyəm. Bu filmdə rol almağım mənim üçün də sevindirici haldır. Komediya janrında çəkilən bu film, bu ilin noyabr ayından etibarən bütün kinoteatrlarda gedəcək. İnanıram ki, film tamaşaçıların üzünə sevinc və təbəssüm bəxş edəcək. Çünki mən özüm də filmin çəkilişləri zamanı həmin gülməli hadisələrlə üzləşmişəm. Filmin ərsəyə gəlməsində ssenarist və aktyorlarımızdan Altun və Rəsulun çox böyük əziyyətləri vardır.

Ssenari əsasında hadisələr ancaq gecə vaxtlarında baş verdiyi üçün, filmin çəkilişi də hər gün gecə saat 12-dən səhər saat 5-6-a qədər davam edir.

İnformasiya dəstəyinə görə "Mediainfo.az" saytına da xüsusi təşəkkürümüzü bildiririk".

Biz də Mediainfo.az saytı olaraq filmin yaradıcı heyətinə uğurlar arzulayırıq. Ümidvarıq ki, "Üç badam, bir qoz" filmi də tamaşaçıların böyük rəğbətinə səbəb olaraq, Azərbaycan kino tarixinə öz adını qızıl hərflərlə yaza biləcək.

İsa Rəvan