Bu gün xalq artisti Səyavuş Aslanın doğum günüdür

Bu gün xalq artisti Səyavuş Aslanın doğum günüdür

5 Sentyabr 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
Böyük sənətkar 76 yaşını qeyd edir

Bu gün xalq artisti Səyavuş Aslanın doğum günüdür. Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda dünyaya gəlib. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və burda, "Kəndimizin mahnısı"nda Bayarm, "Özümüz bilərik"də İbişov, "Altı qızın biri Pəri"də Firuzbala, "Ulduz"da Şubay, "Hicran"da Dadaşbala, "Qaçırılmış qız"da Qəmzəli, "Lənət sənə, kor şeytan"da Misir Nəsir, "Əlli yaşında cavan"da Orduxan bəy kimi bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Biz də xalq artistimizə uzun ömür, can sağlığı arzu edirik.

Fərid Qurbanov

O.M.