Bu gün Freddi Merkurinin doğum günüdür

Bu gün Freddi Merkurinin doğum günüdür

5 Sentyabr 2011 09:01
Bəyəndim (0) Bəyənmədim (0)
O, 1946-cı ilin 5 sentyabrında Tanzaniyanın Zənzibar adasında anadan olmuşdur

Bu gün dünya şöhrətli ulduz, "Queen" qrupunun vokalisti, pianoçusu və lideri Freddi Merkurinin doğum günüdür. Əsl adı Fərrux Bulsara olan dünya şöhrəti ulduz 1946-cı ilin 5 sentyabr tarixində keçmiş Britaniya koloniyası, indiki Tanzaniyanın Zənzibar adasında anadan olmuşdur. Onun valideynləri Bomi və Cer Bulsara Hindistanda yaşayan parslardan olmuşlar. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya etmişdilər. Bulsara soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (digər adı - Valsad) şəhərinin adından götürülmüşdür.

"Queen" qrupuna dünya şöhrəti gətirən hitlər arasında "Killer Queen", "Bohemian Rhapsody", "Somebody to Love", "We Are the Champions", "Don't Stop Me Now" və "Crazy Little Thing Called Love" Freddi Merkyuri tərəfindən bəstələnmişdir. O, 1991-ci ildə QİÇS xəstəliyindən vəfat edir. Həmin gün Dünya rok musiqisi, fanatları və yaxınları şoka düşürlər.

Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adına Yaşıl Qəbiristanlıqda yandırılır amma, külünün yerləşdiyi yer heç kimə məlum deyil.

Freddi Merkyurinin səsi praktiki olaraq dörd oktavanı əhatə etmişdir. Halbuki, o danışanda səsi baritona enirdi amma, oxuyan zaman onun səsi tenordan düşmürdü. Freddinin mahnıları optimizm və şənliklə doludur. Dövrün əksər rok qruplarının özünü intihara çağıran mahnılarından fərqli olaraq Freddi mahnıları ilə insanları bu cür addımlar atmaqdan çəkinməyə çağırmışdır. Merkuri öz əsərlərində müxtəlif musiqi stillərini böyük ustalıqla sintez edirdi.

Heç kim unudulmur, heç kəs yaddan çıxmır.

Tofiq Əliyev

O.M.