Milyard dollarlıq evlilik!

Milyard dollarlıq evlilik!

2 Sentyabr 2011 15:28
Bəyəndim (0) Bəyənmədim (0)
Uşaqlarına miraslarını verdikdən sonra evlənəcək

İspaniyanın kraliçası Maria del Rosario Cayetana Alfonsa Victoria Eugenia Francisca Fitz-James Stuart de Silvanın 60 yaşlı dövlət məmuru Alfonso Diaz ilə evlənəcəyini ötən həftə açıqlanmışdı. Xanımın varisi olan 6 uşağının bu evliliyə qarşı çıxdığı bilinirdi. İspan mediasının xəbərinə görə, 85 yaşlı Rozario uşaqlarına miraslarını verib, onlardan evliliyinə dair razılaşma əldə etmək niyyətində idi. Mal varlığını hələ də özünün idarə etdiyini söyləyən Rozariyonun zənginliyi aşıb-daşır. Məlumata görə, onun 600 milyonla 3.5 milyard arasında pulu olduğu təxmin edilir. Xanım evliliyinin oktyabr ayında Sevilladakı sarayında baş tutacağını söyləsə də, dəqiq tarixi ağzından qaçırmadı.

Dünyada tək zərər verməyən qadın, anadır. (Mark Tven)

Günel Həbib

O.M.