Azərbaycan filmi Yaponiyada

Azərbaycan filmi Yaponiyada

29 İyul 2016 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Elçin Musaoğlunun "Nabat" bədii filmi avqustun 6-dan 12-dək Yaponiyanın Xirosima şəhərində "Müharibə və sülh" xüsusi kino proqramında nümayiş olunacaq.

"Oxu Məni" qəzeti xəbər verir ki, sülhməramlı filmlərin nümayişi Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar təşkil olunan anım tədbirləri çərçivəsində keçiriləcək. "Nabat" filmi ingilis və yapon dilində alt yazı ilə təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınan "Nabat" filmi 30-dək xarici festivalda iştirak edib, 10-dan çox mükafata layiq görülüb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Günel