Kino Günü ilə bağlı tədbir keçiriləcək

Kino Günü ilə bağlı tədbir keçiriləcək

26 İyul 2016 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

2 avqust Kino işçilərinin peşə bayramı günüdür.

Məlumata görə, hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin "Qarabağın həsrət salnaməsi" layihəsi və "40-cı paraleldə" kinoalmanaxı təqdim olunacaqdır. Almanaxa "Qara bağ" (rejissor Amil Məmiyev), "Onun atası" (Zamin Məmmədov), "Postskriptum" (Emin Mirabdullayev), "Hədiyyə" (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.

Mediainfo.az