Turizm və media mövzusunda konfrans keçirilib - Fotolar

Turizm və media mövzusunda konfrans keçirilib - Fotolar

11 İyul 2016 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurası "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda konfrans keçirib.

Tədbirdə "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb.

Konfransda medianın turizm mövzusunu işıqlandırması, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə edilib. Nazir Əbülfəs Qarayev medianın turizm sahəsinə həssas və diqqətlər yanaşmasının vacibliyini vurğulayıb, bu sahədə əldə olunan uğurları konfrans iştirakçıları ilə bölüşüb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təşkil olunan müsabiqələrin turizmin inkişafına, mətbuat və turizm sahəsinin əlaqələrinin daha da genişləndirilməsinə töhfə verəcəyini bildiriblər.


Mediainfo.az