Paytaxtda Maykl Cekson gecəsi keçiriləcək

Paytaxtda Maykl Cekson gecəsi keçiriləcək

19 Avqust 2011 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan paytaxtında pop kralı Maykl Ceksonun anım gecəsi keçiriləcək. Anım tədbiri Bakı Caz Mərkəzində avqustun 28-də keçiriləcək. Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Samira, "Dəyirman" qrupu, Məryəm Şabanova, Azad Şabanov, Mikayıl Rəfiyev, Cəmilə Haşımova, Renat Alimov, aktrisa Naina İbrahimova, pianoda Vurğun Vəkilov, dj Ronfoller çıxış edəcəklər. Adları sadalanan incəsənət xadimləri dünya şöhrətli müğənninin repertuarından parçalar ifa edəcəklər. Anım tədbirinə giriş saat 19:00-da başlayacaq. Biletlər 20-30 manat arasında satışa çıxarılıb.

İgid ölər, adı qalar.

Tofiq Əliyev

O.M.