Azadlıq heykəli 1 illik ziyarət üçün bağlı olacaq

Azadlıq heykəli 1 illik ziyarət üçün bağlı olacaq

11 Avqust 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

"New-York Times" qəzetinin məlumatına görə, məşhur Azadlıq heykəli təmirə bağlanır. Abidə oktyabr ayından etibarən 1 illik ziyarət üçün bağlı olacaq. ABŞ-ın daxil işlər naziri Ken Salazar deyib ki, abidənin bağlanması onun təhlükəsizlik sisteminin təmirə ehtiyacı olması ilə bağlıdır. Abidənin rekonstruksiyası üçün 27 milyon dollar ayrılacağı gözlənilir. Nəşrin məlumatına görə, abidə 125 illik ildönümü - 28 oktyabrın sabahı gün bağlanacaq. Bununla yanaşı, Azadlıq adası turistlər üçün açıq olacaq.

Nyu-York hakimiyyəti abidənin yanğın əleyhinə sistemini yeniləməyi planlaşdırır. Həmçinin abidənin daxilindəki lift də yanğına davamlı liftlə dəyişdiriləcək.

Ehtiyatı vaxtında tutmaq lazımdır. Çünki, ehtiyatlı igidin anası ağlamaz.

Tofiq Əliyev

O.M.