Oğurlanan tarixi rəsm əsəri tapıldı - FOTO

Oğurlanan tarixi rəsm əsəri tapıldı - FOTO

7 Aprel 2016 01:25
Bəyəndim (0) Bəyənmədim (0)

Norveç polisi məşhur rəssam Edvard Munkanın rəsm əsərini tapıb.

Bu barədə məlumat "France Press" agentliyində yer alıb. Məlumata görə, əsər təqribən 7 il əvvəl Oslonun rəsm qalereyasından oğurlanıb. Oğurluq 2009-cu ilin noyabr ayında baş verib. Oğrular incəsənət əsərlərinin satışı ilə məşğul olan Nyborqs Kunst qalereyasının pəncərəsini qıraraq Munkanın əl işi olan "tarix" əsərini oğurlayıblar. Xəbər verilir ki, oğurlanan rəsmin saxlanılmasına görə, iki nəfər həbs edilib.Ekspertlər əsərin qiymətini 240 min avro dəyərində qiymətləndirirlər. (musavat)

Mediainfo.az