Səyavuş Aslanın vəziyyəti qənaətbəxşdir

Səyavuş Aslanın vəziyyəti qənaətbəxşdir

5 Avqust 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Səyavuş Aslanın vəziyyətini qənaətbəxş hesab etmək olar. Həkimlərin verdiyi məlumata görə, xalq artisti artıq danışır, hətta zarafat da edir. Sənətkarın oğlu bildirib ki, əgər heç bir problem yaranmasa, Səyavuş Aslanı palataya köçürəcəklər.

Xatırladaq ki, Səyavuş Aslan avqustun 3-də axşam saatlarında 4 saylı şəhər xəstəxanasına yerləşdirilib. Sonradan tanınmış aktyor 1 saylı şəhər xəstəxanasına köçürülüb. Onu da qeyd edək ki, Səyavuş Aslanov 1935-ci il 5 sentyabr tarixində Bakıda dünyaya gəlib. Hazırda Milli Akademik Dram Teatrının aktyorudur.

Allah şəfa versin!

Günel Həbib

O.M.