Avqustun 24-də Habil Əliyev evə buraxılacaq

Avqustun 24-də Habil Əliyev evə buraxılacaq

21 Avqust 2015 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

"Həkimlərin dediyinə görə, səhhətində bu cür irəliləyiş davam edərsə, üzümüzə gələn həftənin birinci günü, yəni avqustun 24-də Habil Əliyevi xəstəxanadan evə buraxacaqlar".

Bunu apa-ya açıqlamasında xalq artisti, kaman ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. Onun sözlərinə görə, sənətkarın səhhətində ağırlaşma yoxdur: "Səhhətində irəliləyiş var, ciddi mənada problem yoxdur. Yəni stabildir, həkimlər əvvəlki günlərə baxanda irəliləyişin olduğunu deyirlər".

Qeyd edək ki, xalq artisti Habil Əliyev avqustun 14-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Mediainfo.az