Ağdamda e.ə. 11-12-ci əsrə aid olan qəbir aşkarlanıb - FOTO

Ağdamda e.ə. 11-12-ci əsrə aid olan qəbir aşkarlanıb - FOTO

20 Avqust 2015 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdamın Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda aparılan arxeoloji qazıntılar zamanı daha bir neçə qəbir aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov apa-nın Qarabağ bürosuna bildirib ki, tapılan ən son qəbir bizim eradan əvvəl 11-12-ci əsrə aiddir. Arxeoloji materiallara əsasən demək olar ki, burda dəfn olunan şəxs o dövrün döyüşçüsü olub. Eni 2 m, uzunluğu 3,5 metr olan qəbirdə ölü sağ tərəfi üstə çox bükülü vəziyyətdə dəfn olunub. Onun belində tunc kəmər, halqalarla kəmərə bərkidilmiş 3 ədəd xəncər var. Xəncərlərin tiyəsi dəmirdən, dəstəyi tuncdandır. Bundan başqa, qolunda tuncdan qolbağı, barmağında üzük var. Qəbirdə at başı fiquru, tunc medalyon və hakimiyyət simvolu olan tuncdan toppuzbaşı da aşkar edilib. Skeletin baş, çiyin, diz və ayaq hissələrinin altında 8 ədəd müxtəlif saxsı qab (nehrə, su bardaqları və s.) basdırılıb.

Mediainfo.az