Prezident bir qrup ictimai xadimə “Dostluq” ordeni və “Tərəqqi” medalını təqdim edib

Prezident bir qrup ictimai xadimə “Dostluq” ordeni və “Tərəqqi” medalını təqdim edib

5 İyul 2011 17:15
935
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya Azərbaycanlılarının III Qurultayında fasilə zamanı "Dostluq" ordeni və "Tərəqqi" medalını təqdim edib. Öncə Azərbaycan prezidentinin təltif barədə 2011-ci il 4 iyul tarixli sərəncamı oxunub. Daha sonra dövlət başçısı Başar Kömürə, Ertan Demirtaşa, İosif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova "Dostluq" ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə "Tərəqqi" medalını təqdim edib.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb. Sonda xatirə şəkli çəkdirilib.

Tofiq Əliyev

O.M.