"Eurovision-2012"nin səsvermə qaydalarına dəyişikliklər edilib

"Eurovision-2012"nin səsvermə qaydalarına dəyişikliklər edilib

30 İyun 2011 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Yayım Birliyi (EBU) Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" yarışması ilə bağlı bir sıra yeniliklər edəcəyini açıqlayıb. EBU ötən həftə keçirilən iclasda növbəti yarışmadan etibarən səsvermədə köhnə üsula qayıtmağa qərar verib. Yəni "Eurovision-2012" mahnı müsabiqəsində 2010-cu ilə qədər istifadə olunan səsvermə sisteminə keçiləcək. Səsvermə ancaq şou bitəndən sonra 10 dəqiqə ərzində həyata keçiriləcək. Bu il bütün şou ərzində həyata keçirilən səsvermə zamanı iştirakçılara gələn əsas səslər şounun sonunda gəldiyindən EBU belə bir dəyişiklik etmək qərarına gəlib. EBU-nun qəbul etdiyi yeni qərarlar arasında müsabiqə yayımlandığı vaxt iştirakçıların sms nömrələrinin ekranda daha kiçik ölçüdə verilməsi də var. Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacaq. EBU-nun fikrincə, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini mahnıdan yayındırır. Şou zamanı ekranda yazıların böyüklüyünün və görünüşünün necə olacağı isə yaxın gələcəkdə dəqiqləşdiriləcək.

Dəyişək, inkişaf edək.

Tofiq Əliyev

O.M.