Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni musiqi alətləri

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni musiqi alətləri

27 İyun 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən Oxumeni.az-a verilən məlumata görə, teatrın simfonik orkestri yeni musiqi alətləri ilə təmin olunmuşdur. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin musiqiçiləri üçün aparıcı Avropa firmalarının istehsalı olan yeni simli musiqi alətləri alınmışdır. Opera və Balet Teatrının direktoru Akif Məlikov demişdir: "Simfonik orkestrimiz üçün "Mönnig", "Shreiber", "Karl Höfner", "Gewa" (Almaniya), "Selmer" (Fransa), "Tomastic" (Avstriya) kimi firmaların istehsalı olan yeni simli musiqi alətlərinin alınması bizi hədsiz dərəcədə sevindirir. Bu müasir və ən keyfiyyətli musiqi alətlərində ifa etmək hər bir musiqiçinin arzusudur. Orkestr artistlərindən biri etiraf edirdi ki, mən indiyə kimi nəinki belə musiqi alətində ifa etməmişəm, hətta bu cür aləti əlimə belə almamışam. Opera və Balet Teatrının simfonik orkestrinin əsas yaradıcı kollektivlərdən biri olaraq mürəkkəb opera və balet tamaşalarını ifa etdiyini, vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunmuş adlı-sanlı dirijorlarla çalışdığını və akademik musiqi sənətimizi xaricdə təmsil etdiyini nəzərə alsaq, orkestrin yeni, həm də yüksək keyfiyyətli musiqi alətləri ilə təmin edilməsini teatrın həyatında çox önəmli bir hadisə kimi qiymətləndirmək olar. Bu həm də dövlətin, şəxsən ölkə prezidenti İlham Əliyev cənablarının milli mədəniyyətimizin inkişafına böyük diqqətinin təcəssümüdür."

Musiqi hər alətdə bir cür səslənsə də, onun vahid bir dili var...

Hafiz Əhmədov

O.M.