Rusiyada azərbaycanlı dirijorun "Yevgeni Onegin" operası alışlarla qarşılanıb

Rusiyada azərbaycanlı dirijorun "Yevgeni Onegin" operası alışlarla qarşılanıb

6 Yanvar 2015 12:16
471
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrında dirijor Əyyub Quliyevin musiqi rəhbərliyi ilə P.Çaykovskinin "Yevgeni Onegin" operasının premyerası keçirilib.

Ə.Quliyevin APA-ya verdiyi məlumata görə, premyera bəstəkarın 175 illik yubileyinə həsr olunub və Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.

Tamaşa 3 ölkənin - Rusiya, Azərbaycan və Belarus Respublikasının musiqiçilərinin iştirakı ilə keçirilib. Tamaşanın quruluşçu rejissoru Andrey Nogin (Rusiya), quruluşçu rəssam Mariya Pavlova, işıq üzrə rəssamı Sergey Berejnoydur.

Ə.Quliyev qeyd edib ki, səhnə əsəri böyük marağa səbəb olub, teatrın rəhbərliyi uğurlu musiqi tərtibatına görə ona təşəkkür edib.

Qeyd edək ki, "Yevgeni Onegin" operası ilə bərabər 2014-cü ildə Rusiyada dirijor Ə.Quliyevin iştirakı ilə A.Rubinşteynin "Demon", C.Verdinin "Traviata", P.Çaykovskinin "İolanta" və Q.Donisettinin "Sevgi şərbəti" operalarının premyeraları da baş tutub.

Mediainfo.az