Məşhur tarzən 58 yaşında vəfat etdi

Məşhur tarzən 58 yaşında vəfat etdi

3 Yanvar 2015 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan incəsənətinə itki üz verib. Mədəniyyət və İncəsənət Universitetinin "İnstrumental ifaçılıq" kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov dünyasını dəyişib. Tarzən Vamiq Məmmədəliyevin Apa-ya verdiyi məlumata görə, Gülağa Zeynalov yanvarın 2-də axşam vəfat edib.

Mərhumla vida mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, Gülağa Zeynalov 1956-cı il aprelin 28-də Şuşa şəhərində anadan olub. Musiqi məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak edib.

Mediainfo.az