Rafiq Hüseynov: “Bu xəstəliklə ancaq yaşamaq lazımdır”

Rafiq Hüseynov: “Bu xəstəliklə ancaq yaşamaq lazımdır”

24 Dekabr 2014 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyədə növbəti dəfə müayinədən keçmişəm, nəticə iki gün sonra bilinəcək. Bu elə xəstəlikdir ki, dəqiq heç nə demək olmur. Bu xəstəliklə ancaq yaşamaq lazımdır".

Bunu xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib. Xalq artisti hazırda özünü normal hiss etdiyini deyib: "Ciddi mənada ağrılarım olmur. Hər şey müayinənin nəticəsindən asılıdır. Məncə, növbəti dəfə əməliyyata ehtiyac olmayacaq".

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

Mediainfo.az