Bakıda Türkiyə istehalı olan "Olur, olur" filminin nümayişi olub - FOTO

Bakıda Türkiyə istehalı olan "Olur, olur" filminin nümayişi olub - FOTO

20 Dekabr 2014 22:30
Bəyəndim (0) Bəyənmədim (0)
Baş qəhrəman pərəstişkarları üçün İmza Günü keçirib

Bu gün "Nizami Kino Mərkəzi"ndə Türkiyə istehsalı olan "Olur Olur" komediya filminin mətbuat üçün bağlı nümayişi keçirilib.

Rejissor Kerem Çakıroğlunun çəkdiyi bu filmdə baş qəhrəman Ali obrazını yaratmış aktyor Alper Kul tədbirin qonağı olub. Filmin qabaq aktyor Alper Kul aftoqraf sessiya keçirib və nümayişdən sonra mətbuatın suallarını cavablandırıb.

Filmin ssenarisi bundan ibarətdir:

... Sakit yaşam tərzi keçirən baş qəhrəman - Alinin günlərin birində həyatı alt üst olur. Buna səbəb, illər öncə sevdiyi Azranın təsadufən onun işlədiyi aptekə gəlməsidir. Ali yenidən Azranın diqqətini çəkməyə çalışsa da, ümidi boşa çıxır və çarəsizlikdən, internetdən oxuduğu elanla bu məsələdə ona kömək etməyi vəd edənlərə müraciət edir. Bundan sonra başına gəldikləri sizi çox güldürəcək...

Filmdə çəkilən aktyorlar arasında Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer ve Ali Kobanbay kimi parlaq adlar yer alıb.

Hazırladı: Könül Aypara