Azərbaycanlı Bosniyada konsert verib

Azərbaycanlı Bosniyada konsert verib

23 İyun 2011 20:55
788
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin Novi Qrad bələdiyyəsi tərəfindən təşkil edilmiş "Novi Qrad günləri-2011" mədəni proqramı çərçivəsində tanınmış bosniyalı bəstəkar və caz ifaçısı Samir Feyziçin musiqi qrupu "Romantic Soul" adlı konsertlə çıxış edib. Konsertdə bir çox xarici bəstəkarların musiqisi ilə yanaşı, "Bakı gecələri" və "Getmə, getmə, gəl" Azərbaycan mahnıları da səslənib. Sonda S.Feyziç konsert iştirakçılarına Azərbaycanın zəngin musiqisinə məhəbbətindən söhbət açıb. Tədbirdə iştirak edən Azərbaycanın Bosniya və Herseqovinadakı müşaviri Yusif Vəzirov tədbirin iştirakçılarına və Samir Feyziçə öz təşəkkürünü bildirib.

Könül Aypara