Leyla Əliyeva əkizləri ilə “Madam Tüsso” muzeyini ziyarət edib

Leyla Əliyeva əkizləri ilə “Madam Tüsso” muzeyini ziyarət edib

18 Dekabr 2014 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva əkizləri ilə yeni fotosunu yayıb.

L.Əliyeva oğulları Əli və Mikayılla birlikdə "Madam Tüsso" muzeyini ziyarət edib. Leyla Əliyeva övladları ilə fizik Albert Eynşteynin mum heykəlinin yanında şəkil çəkdirərək "İnstagram" bloqunda paylaşıb. Qeyd edək ki, Leyla Əliyeva müğənni-bəstəkar və eyni zamanda iş adamı Emin Ağalarovla evlidir. Cütlük 2006-cı ilin aprelində ailə qurub. 2008-ci il dekabrın 1-də onların əkiz oğlanları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.

Mediainfo.az