Fatih Terimin qızı münsiflər heyətinə üzv seçildi

Fatih Terimin qızı münsiflər heyətinə üzv seçildi

18 Dekabr 2014 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin stilist qızı Buse Terimə vəzifə verildi.

ANS PRESS-in məlumatına görə, Buse Terim nüfuzlu dəb portalı "WGSN" tərəfindən təşkil olunan "2015-ci il Moda Mükafatları" müsabiqəsində münsiflər heyətinin üzvü oldu.

Bu barədə məlumatı Buse Terim sosial şəbəkədəki səhifəsində paylaşıb:

"Gördüyüm işdə ən yaxşı olmaq üçün cəhd edə biləcəyimi göstərən daha bir gözəl xəbər".

Qeyd edək ki, bu müsabiqə gələn ilin may ayında İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.

Mediainfo.az