Moskvada H.Əliyevin xatirəsinə "Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər" kitabı nəşr olunub

Moskvada H.Əliyevin xatirəsinə "Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər" kitabı nəşr olunub

17 Dekabr 2014 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunan "Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər" kitabı çapdan çıxıb.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, kitab nəşrə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Dövlət və Hüquq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Heydər Əliyev Fondu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən hazırlanıb.

"Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər" Forumunun materialları əsasında nəşr olunan kitaba ön sözü Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva yazıb.

Leyla Əliyeva öz sözdə bu kitabın Azərbaycan, Rusiya, Qazaxıstan və bir sıra ölkələrin elm adamlarının dialoq mədəniyyəti, onun çoxmənalılığı, qloballaşma dövründəki dinamikası haqqındakı müzakirələrinin və fikirlərinin yekunu olduğunu bildirib: "Heydər Əliyev ölkənin uğurlu inkişafı üçün beynəlxalq əməkdaşlığın lazım olduğunu yaxşı anlayırdı. O, Rusiya və keçmiş Sovetlər İttifaqının digər ölkələri ilə mehriban qonşuluq münasibətində olmağın vacibliyini qeyd edirdi. Heydər Əliyev əmin idi ki, milli mədəniyyətin inkişafı dünya irsinin ən yaxşılarını mənimsəməklə sıx bağlıdır. Ona görə də Azərbaycan bu gün dünyanın ən tolerant ölkəsi olaraq qalır, müxtəlif dinlərdən, dillərdən və adət-ənənələrdən olan insanlar buranı öz evi hesab edir.

Heydər Əliyev əmin idi ki, elmin inkişafı cəmiyyət üçün önəmlidir. O, həyatı boyu bu əminliyi özündə daşıyıb. Heydər Əliyev hesab edirdi ki, elm adamları özünə qarşı xüsusi qayğıkeş münasibət tələb edən sosial təbəqədir. Bu baxımdan onun Azərbaycan Milli Elmlər Akademiyasını millətin əsas və qiymətsiz irsi kimi qoruyub saxlamasının ölkənin gələcəyi üçün vacibliyini göstərmək olar. Bu gün Heydər Əliyev bizimlə deyil. Lakin onun işləri və ideyaları yaşayır. Bu il 10 illiyini qeyd edən Heydər Əliyev Fondu var. Fond Azərbaycan xalqının ümummilli liderinin bütün təşəbbüslərini uğurla həyata keçirməyi davam etdirir".

Mediainfo.az