Məscidlərdə Heydər Əliyevin xatirəsinə ehsan verilib

Məscidlərdə Heydər Əliyevin xatirəsinə ehsan verilib

12 Dekabr 2014 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Heydər Əliyevin anım günündə Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan məscidlərin hamısında onun xatirəsi yad edilib.

QMİ-nin Mətbuat Xidmətindən daxil olan məlumata görə, mərhumun ruhuna Allahdan rəhmət dilənib, dualar edilib. Cümə namazı zamanı moizələrdə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının xilaskarı olaraq misilsiz fəaliyyəti, habelə milli-mənəvi və dini dəyərlərinə ehtiram və qayğısı xüsusi vurğulandı. Dindarlar bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualar etdilər. Heydər Əliyevin əziz xatirəsinə bütün məscidlərdə ehsan mərasimləri keçirilib.

Eyni zamanda, QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də ulu öndəri anma mərasimləri keçirilib.