"Eurovision-2015"də bizi təmsil edəcək müğənninin kimliyi bəlli deyil

"Eurovision-2015"də bizi təmsil edəcək müğənninin kimliyi bəlli deyil

12 Dekabr 2014 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanı "Eurovision 2015" mahnı müsabiqəsində Makedoniya ifaçısı təmsil etməyəcək.

Bu barədə "Trend"-ə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycanı "Eurovision-2015" mahnı müsabiqəsində Makedoniya ifaçısının təmsil edəcəyi barədə yayılmış xəbərlər həqiqətəuyğun deyil.

İTV bəyan edir ki, hazırda "Eurovision 2015" mahnı müsabiqəsinə hazırlıq prosesi gedir və Azərbaycanı təmsil edəcək ifaçı hələ müəyyənləşdirilməyib.

Mediainfo.az