Xalq artisti: “Əsas odur ki, mən heç nədən qorxmuram”

Xalq artisti: “Əsas odur ki, mən heç nədən qorxmuram”

11 Dekabr 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Müayinənin nəticələri o qədər də ürəkaçan deyil. Dekabrın 21-də Türkiyədə yenidən müayinə olunacağam. Həkimlər dedilər şübhəli şeylər var, əlavə problemlər yaranıb".

Bunu Apa-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib. O bildirib ki, həkimlər son qərarı vermək üçün növbəti müayinənin nəticələrini gözləməyə məcburdurlar. R. Hüseynov yenidən əməliyyat olunmaq ehtimalını istisna etməyib: "Müayinənin nəticəsindən asılı olaraq yenidən əməliyyat oluna bilərəm. Əsas odur ki, mən heç nədən qorxmuram".

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

Mediainfo.az