Dövlət Sərhəd Xidmətində anım tədbiri - FOTO

Dövlət Sərhəd Xidmətində anım tədbiri - FOTO

10 Dekabr 2014 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

DSX Aparatında sabiq prezident Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən Apa-ya verilən məlumata görə, tədbir iştirakçıları öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Heydər Əliyevin fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla tanış olub.

Tədbirdə DSX rəisinin müavini general-mayor Azad Ələkbərov, millət vəkili Aydın Mirzəzadə çıxış edərək vurğulayıblar ki, Azərbaycan xalqı 12 dekabrı Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Onun rəhbərlik etdiyi illər Azərbaycan tarixinə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla milli sərhəd siyasətini formalaşdırıb, Azərbaycanın sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Bu gün prezident İlham Əliyevin göstərdiyi böyük qayğı və diqqət sayəsində Dövlət Sərhəd Xidməti istənilən şəraitdə Azərbaycanın sərhədlərinin toxunulmazlığını təmin edə bilən çevik, mobil bir quruma çevrilib.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Mediainfo.az