BDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir

BDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir

10 Dekabr 2014 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Dövlət Universitetində Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtarıb, dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıb, elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayıb. Heydər Əliyevin siyasi kursu prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır.

Tədbirdə Milli Məclisin birinci vitse-spikeri professor Ziyafət Əsgərov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Milli Məclisin komitə sədri Hadı Rəcəbli və millət vəkili, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, millət vəkili Fəzail İbrahimlinin çıxışları dinlənilib.

Mediainfo.az