Heydər Əliyevin xatirəsinə foto-sərgi təşkil ediləcək

Heydər Əliyevin xatirəsinə foto-sərgi təşkil ediləcək

9 Dekabr 2014 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Anadolu Agentliyi və Yunis Əmrə İnstitutu , AzərTAcla birgə, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş foto sərgi təşkil edəcək.

AzərTac xəbər verir ki, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək "Anadolu Agentliyi və AzərTAc Obyektivindən Heydər Əliyev" adlı sərgidə, eks-prezidentin şəxsi həyatından, iştirak etdiyi beynəlxalq toplantılardan və dünya liderləri ilə görüşlərindən foto kadrlar yer alacaq.

Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan tədbirdə, Heydər Əliyevin Türkiyəyə səfərləri və Türk siyasətçilərlə görüşlərinə aid seçmə fotolar da sərgilənəcək.

Sərginin açılışı, 11 dekabr 2014 tarixində Muzey Mərkəzində olacaq. Açılışda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı Səfiri Alper Coşqun, Anadolu Agentliyi Müdir Vəkili Əbubəkir Şahin, AzərTAcın direktoru Aslan Aslanov, TRT-nin Müdiri Şenol Göka və digər rəsmilər iştirak edəcək.

Sərgi 13 Dekabra qədər açıq olacaq.

Mediainfo.az