“Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda konfrans keçirilib

9 Dekabr 2014 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Heydər Əliyev-əbədiyaşar lider" mövzusunda konfrans keçirilib.

Öz növbəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirib. Qeyd edib ki, regionun ən sabit ölkəsi olaraq müstəqil daxili və xarici siyasət yürüdürük.

Millət vəkili Eldar İbrahimov da öz nitqində Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərindən və onunla bağlı xatirələrindən söz açıb.