ABŞ prezidenti və xanımı haqda film çəkiləcək

ABŞ prezidenti və xanımı haqda film çəkiləcək

8 Dekabr 2014 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da prezident Barak Obama və arvadı Mişel Obamanın sevgi hekayəsi haqda film çəkiləcək.

Avropa.info xəbər verir ki, "Southside With You" adlanacaq filmdə cütlüyün Harvard universitetinin hüquq fakültəsində oxuduğu illərdə necə tanış olmasından bəhs ediləcək.

Mişel Obamanın rolunu ifa edəcək aktrisa məlumdur. Bu aktrisa Tika Sampterdir. Barak Obamanın roluna çəkiləcək aktyor isə hələ seçilməyib. Çikaqoda çəkiləcək filimin gələn ilin iyul ayında ekranlara çıxması planlaşdırılır.

Barak və Mişel Obama öz mnüasibətlərini 1992-ci ildə rəsmiləşdiriblər. Necə tanış olmaları barədə isə 2012-ci ilin prezident seçkisi zamanı ictimaiyyətə məlumat veriblər.

Mediainfo.az