Mərhum azərbaycanlı rəssamın əsəri külli miqdarda pula satılıb - FOTO

Mərhum azərbaycanlı rəssamın əsəri külli miqdarda pula satılıb - FOTO

5 Dekabr 2014 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun "Böyük qoç" (1982) adlı rəsm əsəri Böyük Britaniyanın "Sotheby's" hərrac evində 68,500 funt-sterlinqə (107, 400 dollar) satılıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, hərrac evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində böyük rolu olub.

T. Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlər dünya sərgi salonlarında, rəsm qalereyalarında, incəsənət muzeylərində nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır. T. Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib.

Mediainfo.az