Vaqif Səmədoğlunun İsraildə müalicəsi davam etdirilir

Vaqif Səmədoğlunun İsraildə müalicəsi davam etdirilir

4 Dekabr 2014 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq şairi Vaqif Səmədoğlunun İsraildə müalicəsi davam etdirilir. Bu barədə APA-ya açıqlamasında şairin qızı Nigar Vəkilova məlumat verib.

Onun sözlərinə görə, həkimlər hazırda V. Səmədoğlunun vəziyyətini normal qiymətləndirirlər: "Həkim nəzarəti altındadır, nəzərdə tutulan bütün müalicələri qəbul edir. Həkimlər ümumi vəziyyəti normal, daha doğrusu, orta qiymətləndirirlər".

N. Vəkilova əlavə edib ki, V. Səmədoğlunun Bakıya nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. O, noyabrın 26-da xüsusi təyyarə ilə İsrailə aparılıb.

Mediainfo.az