“Qanlı Yanvar” filminin yaradıcı heyəti mətbuat konfransı keçirib

“Qanlı Yanvar” filminin yaradıcı heyəti mətbuat konfransı keçirib

2 Dekabr 2014 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Qanlı Yanvar" filminin yaradıcı və işçi heyəti ilə görüş keçirilib.

Apa-nın məlumatına görə, görüşdə filmin müəllifi, rejissor Vahid Mustafayev bildirib ki, film vətənpərvərlik hisslərinin aşılanması, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin təbliği baxımından böyük əhəmiyyətə malikdir. O deyib ki, 1990-cı ilin yanvar ayında Bakıda sovet imperiyasına qarşı başlanan narazılıq dalğası ilə inqilabi əhval-ruhiyyəni əks etdirən filmin əsas süjet xəttində real hadisələr lentə alınıb.

V. Mustafayev qeyd edib ki, gələn il 20 yanvar ərəfəsində təqdimatı planlaşdırılan filmin çəkilişləri hazırda davam edir: "Bu film təkcə Azərbaycanın deyil, bütövlükdə ümumdünya müstəqillik mübarizəsinin təcəssümüdür. Çünki bütün xalqların azadlıq yolu məhz bu mübarizədən keçir. Buna görə də filmdə dünya şöhrətli amerikalı aktyor Leyn Devis, türk kinosunun canlı əfsanəsi Nəbahat Çehrə, görkəmli aktyor Yuri Baleyev, İrandan dəvət olunmuş görkəmli kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrup azərbaycanlılarla çalışır. Biz istəyirik ki, bu filmlə "20 Yanvar" matəm günü kimi deyil, müstəqillik və şərəf tarixi kimi yaddaşlarda qalsın. Film birtərəfli deyil, burda həm işğalçılar, həm də azadlıq qəhrəmanları görünür. Bu filmlə azadlığımız, müstəqilliyimiz uğrunda canından keçən, qəhrəmanlıq nümunəsi olan şəhidlərimizi anırıq".

Sonra çəkiliş qrupunun üzvləri və aktyorlar film barədə fikirlərini bildiriblər, jurnalistlərin suallarını cavablandırıblar.

Mediainfo.az