Əbulfəz Qarayev: "Lavaş bütün regiona məxsusdur"

Əbulfəz Qarayev: "Lavaş bütün regiona məxsusdur"

2 Dekabr 2014 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib ki, lavaş bütün regiona məxsusdur: "Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır və ermənilərin eksklüziv çörəyi deyil".

Mediainfo.az